• 27 İyul 2024 06:54

Rusiyadan qaçırılan helikopterlər Ukraynaya satılıb – İstefadan sonra ortaya çıxdı 

2022-ci ildən bəri Rusiyadan 59 təyyarə və helikopter qaçırılıb, onların bəziləri Ukraynaya satılıb. 

 

Bu haqda məlumatı Rusiyanın “İzvestiya” nəşri Federal Təhlükəsizlik Xidmətində (FTX) açılan cinayət işinin materiallarına istinadən yayıb.

Nəşr yazır ki, FTX 2022-ci ilin martından 2023-cü ilin iyununa qədər 59 mülki təyyarə və helikopterin Rusiya yurisdiksiyasından qanunsuz çıxarılması ilə bağlı cinayət işi açıb, Federal Hava Nəqliyyatı Agentliyində axtarışlar aparıb.

 

Tədqiqat zamanı məlum olub ki, Federal Hava Nəqliyyatı Agentliyi xaricə satdığı 36 təyyarənin qeydiyyatını ləğv edib. Təyyarələrin 8-i Rusiyaya dost olmayan ölkələrə satılıb. Eyni zamanda, o da məlum olub ki, üç “Mi-8” helikopteri sonradan Ukraynaya çatdırılıb və Ukrayna onları müharibədə istifadə edib.

 

Satılan təyyarələr arasında “İl-76”lar da olub. Bu yük təyyarələri siqnal ötürücüləri söndürülməklə satılıb və bu səbəbdən onların hərəkətləri barədə məlumatları əldə etmək mümkün olmayıb.

 

Nəşrin yazdığına görə, bu qanunsuzluqlar 14 il Federal Hava Nəqliyyatı Agentliyinə rəhbərlik edən Aleksandr Neradkonun 2023-cü ilin sentyabrında istefaya getməsindən sonra üzə çıxıb. (Sfera)

 

Tacxeber.com

Oxşar xəbərlər