• 24 Noyabr 2024 08:05

Əllə yazmaq beyin üçün faydalıdır

Alimlər əllə yazı yazmağın, gözəl xəttin beyin üçün faydalı olduğunu sübut edib.

 

“Medicina” xəbər verir ki, Skandinaviya alimləri yazı yazmağın beynin işinə təsirini öyrənib.

40 tələbə EEQ aparatına qoşulub və onlara qələmlə yazmaq və ya çap etmək tapşırığı verilib.

 

EEQ ilə 2 yazı formasına beynin necə reaksiya verməsi izlənilib.

 

Əllə yazmaq beyni lazımsız informasiyanı blok etməyə, eləcə də diqqəti bir yerə cəmləməyə məcbur edir.

 

Klaviaturada çap etməkdən başqa, əllə istənilən formada yazmaq beyin köklərini aktiv işləməyə, vizual və hərəkət funksiyasını artırır.

 

Klaviatura, ekran, qaçan sətirlər beyində düşünmə və diqqətdə yayınmalar yaradır, amma kağızda belə olmur.

 

Yaradıcılıq, imtahan yazıları üçün əllə yazmaq daha faydalıdır, bu zaman fikir dağılmır və beyinə artıq siqnal gəlmir.

 

Eləcə də yazı yazmaq, gözəl xətlə yazmaq beyini məşq etdirir, nəticədə cavan qalmasına səbəb olur.

Tacxeber.com

Oxşar xəbərlər