Müəllimə şagirdi ilə intim münasibətə girdi və şantajın qurbanı oldu.
Rusiyanın Pənza şəhərində Penza gimnaziyasında müəllimə şagirdi ilə intim münasibətə girib və şantajın qurbanı olub: belə ki, yeniyetmə susmaq üçün milyon rubl tələb edib.
Tacxeber.com-un məlumatına görə, 22 yaşlı Yelena adlı müəllimə 15 yaşlı şagirdi Georgi ilə iki aydan artıq görüşüb. Bir müddət sonra cütlüyün “münasibəti” pozulmağa başlayır: Georgi isə öz növbəsində riyaziyyat müəlliməsini şantaj etməyə başlayır və susmaq üçün bir milyon rubl tələb edir.
Daha sonra isə şagirdin anası Elena ilə əlaqə saxlayır: məbləği 250 minə endirir. Elenanın bu qədər pulu olmadığından tərəflər razılaşırlar ki, müəllim hər gün 10 min rubl ödəyəcək.
Bir müddət sonra müəllimə dözə bilməyib: polisə şikayət etmək qərarına gəlir. “Münasibət” və şantajdan xəbər tutandan sonra müəllimə gimnaziyadan qovulur.
Müəlliməyə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 134 və 135-ci maddələri (“Yetkinlik yaşına çatmayanları şirnikləndirmə və ya korrupsiya” və “Əxlaqsız hərəkətlər”) ilə cinayət işi açıblar.