• 21 Noyabr 2024 20:52

“Qadınların 14 Fevralda kişiyə ehtiyacı yoxdur” – Psixoloq 

14 Fevral təkcə sevgili cütlüklərin yox, tənha insanların da psixoloji olaraq çətin günüdür. Bir qisim insan hədiyyə, sevgi etirafı problemi yaşayır. İnsanların əksəriyyərti isə həmin günü tək keçirəcəkləri üçün pis olurlar.

 

Bəs nəyə görə, bu əlamətdar günlərdə insanlar özlərini yetərsiz hiss edirlər.

 

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Gülnar Orucova bildirib ki, 14 Fevral əlamətdar bir gündür.

 

“Çox insan bu əlamətdar günün Azərbaycanda qeyd olunmadığını düşünsə də, yetərincə qeyd edən insan var. 14 Fevral, əsasən, evli olmayan cütlüklər üçün nəzərdə tutulub. Lakin həmin gün hər kəs həyat yoldaşından da hədiyyə gözləyir. Azərbaycan kişiləri də bu günü qeyd etməyə vərdiş olublar. 14 Fevral artıq çox aktuallaşdırılıb və həmin günə özəl xüsusi kampaniyaların təşkil olunması da günün özəlliyindən xəbər verir”.

 

Psixoloq qeyd edib ki, sevgilisi olmayan, ayrılmış insanlar özlərini həmin gün boşluqda hiss edirlər.

 

“14 Fevral həmin insanlarda kədər hissi yaradır. Qadın böyük bir qüvvədir. Həmin gün onların xoşbəxt olması üçün əks cinsin nümayəndəsinə ehtiyacı yoxdur. Amma sevgilisi olub, hədiyyə ala bilməyən qadınlar da mövcuddur. Bu hal, əsasən, kişilərin imkansızlığından irəli gəlir. Qadınların çoxu da hədiyyənin qiymətinə önəm verirlər. Lakin hər bir kişinin həmin qiymətli hədiyyəni almaq şansı olmur. Bu zaman qadınlar kişini hədiyyə ala bilmədikləri üçün alçaldır və digər kişilərlə müqayisə edirlər. Məhz bu baxımdan belə əlamətdar günləri bəzi insanlar da hüznlə xatırlayır”.

 

Tacxeber.com

Oxşar xəbərlər