Yazıçı: “Baləli ilə Nəfəsin dueti “iki zirvə”nin triumfudur”
“Dostlardan biri bu müəllimin (Aktyor Nofəl Şahlaroğlunu nəzərdə tutur-red) meyxana haqqında söhbətini atıb. Baxdım. Özünə xas teatral pafosla sağa-sola “pustoy” atəşlər açaraq meyxananın ciddi sənət olduğunu sübut etməyə çalışır. Diplom işi yazıbmış-filan. Olsun, əlbəttə. Abşeron folklorundan diplom işi də yazmaq olar, lap elmi iş də, amma meyxanaçıları söz ustadı kimi təqdim etmək olmaz”.
Tacxeber.com-ın xəbərinə görə, bunu yazıçı Şərif Ağayar bildirib.
Ş.Ağayar qeyd edib ki, meyxana deyən sözü ustad səviyyəsində bildiyi an meyxanadan uzaqlaşmalıdır: “Hobbi kimi demək başqa. Vahid hobbi kimi deyirdi. Hobbi kimi deməyibsə, böyük istedadına rəğmən onun da ustadlığına şübhəm yarana bilər.
Baxış sayı naminə kütləyə yaltaqlanmayın. Mənim də hərdən qulaq asdığım Damlanın baxış sayı meyxanadan da çoxdur. O musiqi sənətində hansı məqamdadırsa, meyxana da təxminən ordadır. Milli-mental dəyərlərə sığınmaq sənətin səviyyəsini qaldırmır.