Marketdə 17 qəpiyə satılan yumurtanı Rusiyaya 16,8 qəpiyə satırıq
Məlum olduğu kimi, şimal qonşumuz Rusiyada yaşanan yumurta çatışmazlığı səbəbindən dekabr ayının 19-dan etibarən Azərbaycandan bu ölkəyə yumurta ixracı həyata keçirilir.
Tacxeber.com xəbər verir ki, daha əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ötən ilin dekabr ayında Azərbaycandan Rusiyaya 1 milyon 224 min ədəd (72 ton) yumurta ixrac olunduğu barədə məlumat verilib.
Apardığımız hesablama göstərir ki, ötən ilin dekabr ayında Azərbaycandan Rusiyaya ixrac olunan yumurtanın 1 ədədinin orta gömrük dəyəri 16,8 qəpik (9,9 sent) olub.
Məlumat üçün onu da bildirək ki, AQTA-nın açıqladığı məlumatda Rusiyaya ixrac olunan yumurtanın “Giləzi Quşçuluq” şirkətinə məxsus olduğu qeyd olunub.