• 22 Noyabr 2024 21:09

Azərbaycanda seysmik ocaqlar oyanıb: Zəlzələ təhlükəsi böyüyür

“Günəşdəki partlayışlar və maqnit qasırğaların aktivləşməsi ilə zəlzələ baş verməsinin konkret əlaqəsi yoxdur. Amma ehtimal var. Çünki Günəş səthindəki partlayışlardan sonra böyük hissəciklər Yer kürəsinə doğru istiqamətlənir. Bu da yerin ionosfer sahəsinə təsir edir və dərinliklərə güclü miqdarda elektromaqnit dalğalar daxil olur”.

 

Bunu “Yeni Sabah”a açıqlamasında Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev bildirib.

O əlavə edib: “Bu əlaqə sadəcə sübut olunmayıb. Yəni zəlzələ proqnozu, yeraltı təkanın yeri, gücü və dərinliyi haqda dəqiq məlumat vermək mümkün deyil.

 

Həmin proses yeraltı təkanların aktivləşməsi üçün səbəbkar rolunu oynayır. Nəticədə zəlzələ ehtimalı güclənir.

 

Ehtimal elmi cəhətdən sübut olunmasa da, sözügedən istiqamətdə tədqiqatlar aparılır. Bu tədqiqatlara astrofiziklər də cəlb olunur. Çünki onların bu məsələyə baxış bucağı böyük əhəmiyyət kəsb edir”.

 

Seysmoloq bir mühüm məqamı da qeyd edib: “Zəlzələ ocaqları dünyanın müxtəlif ərazilərində mövcuddur. Bu yerin hansısa hissəsində sıxılma zonası sayılır və tektonik (sıxılma) proseslərin nəticəsində yeraltı təkanlar meydana gəlir. Həmçinin, genəlmə prosesi nəticəsində də zəlzələ baş verir. Bu növ Günəşdəki partlayışlarla əlaqədardır. Ancaq əksi də olur. Hansısa yerə Günəşdəki aktivlik təsir etməyə bilir. Qeyri-aktivlik də episentrik ocaq yaradır.

 

Ümumiyyətlə, Günəş və Ayın zəlzələ carçısı kimi çıxış edir. Bu əlaqə var, sadəcə konkret deyil və sübut olunmayıb. Bütün bunlar, kosmik təsir, geodinamika, yerin geomaqnit sahəsi ilə əlaqəlidir ki, beləliklə, dərində yerləşən ocaqların oyanması ortaya çıxır”.

 

Q. Babayev Günəşdə baş verən partlayışların Azərbaycandakı zəlzələ ocaqlarını necə dərəcədə təsir edəcəyindən söz açıb:

 

“Ölkə ərazisinə də müxtəlif təsirlər gözlənilir. Ən təhlükəli zona Xəzər dənizidir. Çünki tektonik və geodinamik ərazidir. Həmin ərazi müxtəlif dəyişilmə, pozulma və qırılmalar baxımdan zəngin olduğu üçün hər hansı proses – iqlim dəyişikliyi, yüksək miqdarda elektromaqnit dalğa axını və s. Xəzərə öz təsirini göstərir”.

Tacxeber.com

Oxşar xəbərlər