• 24 Noyabr 2024 03:02

Mübariz Mənsimov öz qardaşının əməlinin üstünü açdı, “Xəzər Lənkəran”dan uzaqlaşdırdı

«Xəzər Lənkəran»ın yaradıcısı Mübariz Mənsimov qardaşı Mais Mənsimovu eyniadlı stadionun rəhbərliyindən uzaqlaşdırıb.

 

O, 2004-cü ildə tikdirdiyi arenanı yenidən şirkətinin balansına qaytarıb.

 

Bu proses Türkiyədə yaşayan iş adamına elə də asan başa gəlməyib. Bir neçə hüquqi proseduru keçməsi gərəkib.

 

Məsələn, bəlli olub ki, vaxtilə klubun prezidenti təyin etliyi qardaşı 3 il öncə «Xəzər Lənkəran» Mərkəzi Stadionunu öz adına keçirib.

 

Hadisənin onun Türkiyədə həbsə düşdüyü vaxta təsadüf eləməsi Mübariz Mənsmovda böyük məyusluq yaradıb.

 

Demə, qardaşı klubun bazasının da yerləşdiyi futbol kompleksinin mülkiyyət hüququna yiyələnmək üçün bəzi sənədləri saxtalaşdırmaqdan çəkinməyib.

 

Bütün bunların üstü bir müddət əvvəl açılıb. Ta o vaxt ki, stadionun ərazisinin və əmlakının satışa çıxarılması haqda məlumatlar Mübariz Mənsimovun qulağına çatıb.

 

O, dəqiqləşdirib ki, qardaşı kluba aid xeyli avadanlığı dəyər-dəyməzinə satıb və sonra da ümumiyyətlə, bura müəyyən qiymət qoyub, müştəri axtarmağa başlayıb.

 

Həbs həyatından azad ediləndən bir müddət sonra məsələnin üstünə düşən gəmiçilik maqnatı Mais Mənsimovun əməllərinin üstünü açıb, yekunda onun adını rəsmi sənədlərdən silməyə müvəffəq olub.

 

İndi isə burada yeni dönəmin başlmasına çox az qalıb. Stadion təmirə bağlanıb Yenidənqurma işləri üçün xərclər hesablanır. Mart ayından kapital təmirə start veriləcək. (Sportinfo)

 

Tacxeber.com

Oxşar xəbərlər