Stoltenberqdən ABŞ-a İRAD: “Ukraynaya dəstək xeyriyyəçilik deyil…”
“ABŞ Konqresinin Kiyevə hərbi dəstəyi davam etdirmək barədə hələ də qərar qəbul etməməsi Ukraynaya mənfi təsir göstərir”.
Tacxeber.com xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə bildirib.
Baş katib Ukraynanın cəbhədəki uğursuzluqlarının gecikən yardım paketi ilə əlaqəli olduğunu bildirib:
“Ümid edirəm ki, ABŞ gec ya da tez bu qərarı verəcək. Ukraynaya dəstək xeyriyyəçilik deyil, öz təhlükəsizliyimizə yatırdığımız sərmayədir”.