Elektrik enerjisini xaricə 9,8, özümüzə 10 qəpiyə satırıq – Rəsmi
Bu ilin yanvar ayı ərzində Azərbaycandan xarici ölkələrə 495 milyon 119,82 min kVt/saat elektrik enerjisi ixrac edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, xaricə satılan elektrik enerjisinin gömrük dəyəri 22 milyon 77 min dollar olub.
Nəticədə xaricə satılan 1 kVt/saat elektrik enerjisinin gömrük dəyəri 5,8 sent və ya mövcud məzənnə ilə (1$/1,7azn) hesablandığı zaman 9,8 qəpik təşkil edib.
Bu isə daxili bazarda satılan elektrik enerjisinin qiymətindən ucuzdur.