• 20 Sentyabr 2024 04:42

Əli Əsədovun əleyhinə səs verən deputat kimdir? — Vasif Talıbov müəmması…

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin iclasında Əli Əsədovun baş nazir təyin edilməsi məsələsi müzakirə olunub. Əli Əsədovun namizədliyinin irəli sürülməsi spiker Sahibə Qafarova tərəfindən elan edilib. 

Tacxeber.com-ın məlumatına görə, deputatlar onun yenidən Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına razılıq verib.

68 yaşlı Əli Əsədov ixtisasca iqtisadçıdır. O, baş nazir təyin edilənədək deputat, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini, Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi olub. 2019-cu ilin oktyabr ayında baş nazir təyin edilib.

Azərbaycanda Baş nazir Milli Məclisin razılığı əsasında Prezidentin sərəncamı ilə təyin edilir. Milli Məclisin bu gün keçirilən iclasında deputatlardan biri onun baş nazir təyin edilməsinə razılıq verilməsinin əleyhinə səs verib, bir nəfər isə bitərəf qalıb. Səsvermə gizli keçirildiyi üçün əleyhinə səs verən və bitərəf qalan deputatların kim olduğu məlum deyil.

Qeyd edək ki, 2019-cu ildə Əli Əsədovun baş nazir təyin edilməsinə razılıq verilməsi barədə Milli Məclisin iclasında onun namizədliyini 105 deputat dəstəkləyib. Əleyhinə səs verən və bitərəf qalan deputat olmayıb.

Yeri gəlmişkən, uzun müddətdir Milli Məclisin iclaslarında iştirak etməyən Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbov baş nazirin təyinatı ilə bağlı müzakirələrdə iştirak etməyib. Onun bir neçə gün əvvəl Prezident İlham Əliyevin Milli Məclisdə keçirilən andiçmə mərasiminə də qatılmadığı bildirilir.

Tacxeber.com

Oxşar xəbərlər