“Müşviq sizin çörək ağacınızdır, utanmırsınız?”
“Bu şəhərdə” komandasının üzvləri Əməkdar artistlər Coşqun Rəhimov və Rafael İsgəndərov “Şən gənc” proqramında qonaq olub.
Tacxeber.com xəbər verir ki, verilişdə aktyorlara “Təsəvvür edin, Müşviq (prodüser Müşviz Abbasov – red.) dünyasını dəyişib və ikinizə miras qoyub. 1 milyon Rafaelə, 3 manat Coşquna verib” sualını ünvanlayıb.
Coşqun isə gülərək “Yasin oxtdurardım. Nə olacaq ki…” sözlərini verib.
Proqramda qonaq olan Xalq artisti Afaq Bəşirqızı isə həmin an “Allah iraq eləsin. Ayıb olsun, bu verilişdir, siz nə danışırsınız? Ayıbdır sizin üçün, Müşviq sizə pis olub? Müşviq sizin çörək ağacınızdır. Utanmağınız, qızarmanız yoxdur. Çörəyi dizində olanlar” deyərək, əvvəlcə sərt reaksiya verib.