• 21 Sentyabr 2024 04:46

Rusiyada yeni doğulan uşağa Vladimir-Putin adı verildi – FOTO/VİDEO  

 

 

Rusiyada yeni doğulmuş körpəyə Vladimir-Putin adı qoyulub. Oğlan Xantı-Mansiysk Muxtar Dairəsinin Nijnevartovsk şəhərində azərbaycanlı ailədə anadan olub. 

Tacxeber.com “N1” teleqram kanalına istinadən xəbər verir ki, valideynlər övladlarını Rusiya Federasiyası prezidentinin şərəfinə adlandırmaq qərarına gəliblər.

 

Uşaq 9 fevral 2024-cü ildə anadan olub.

 

Körpənin atası Qoşqar Piriyevin sözlərinə görə, oğlan gözlədiklərini bilən kimi ona belə bir ad qoymaq barədə qərar veriblər. 
“Ölkə üçün çox işlər görən prezidentimizin heç vaxt unudulmaması üçün oğluma bu adı vermək qərarına gəldim”, – deyə körpənin atası bildirib.

 

Vladimir-Putin 4,1 kq çəkidə və 56 sm boyunda doğulub. O və anası özlərini əla hiss edirlər. Ailəsi onu Putin adlandırır. 

 

Qeyd edək ki, bu barədə yayılan çoxsaylı informasiyaların heç birində yeni doğulan körpənin ailəsinin əslən haralı, hansı millətdən olduqları göstərilmir. Amma uşağın atasının ad və soyadının Qoşqar Piriyev olması ailənin azərbaycanlı olmasına zəmin yaradır.

Tacxeber.com

Oxşar xəbərlər