Zaxarova: Qərb Navalnının ölümü ilə bağlı çıxardığı nəticələrlə özünü ifşa edir
NATO ölkələri liderlərinin Navalnının ölümünə Rusiyaya qarşı birbaşa ittihamlar şəklində dərhal reaksiyası özünü ifşaetməsi deməkdir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Hələ məhkəmə-tibbi ekspertizası yoxdur, amma Qərbin çıxardığı nəticələr artıq hazırdır” deyə Rusiya XİN sözçüsü teleqram kanalında yazıb.