• 23 Sentyabr 2024 00:39

400 kq olan azərbaycanlı qadın hər kəsi şoka saldı – Video

ARB telekanalında yayımlanan “Elgizlə izlə” verilişində hər kəsi şoka salan hadisə yaşanıb.

 

Efir zamanı 400 kiloqram çəkisi olan Rita adlı qadının görüntüləri nümayiş edilib.

 

Bildirilib ki, qadın əvvəl hər kəs kimi normal həyat yaşayıb.

 

2000-ci ildə keçirdiyi əməliyyatdan sonra isə onun bədəni şişməyə başlayıb. Rita çəkisi çox olduğundan artıq 3 ildir ki, evinin girişində qalır.

 

Onu bura kranla yerləşdiriblər. Görüntüləri nümayiş olunan Ritanın fil xəstəliyindən əziyyət çəkdiyi qeyd edilib. Qadının iki övladı da olub. Lakin onlar vəfat ediblər.

 

Ətraflı videoda:

 

Tacxeber.com

Oxşar xəbərlər