Aleksey Navalnının cəsədi itdi
Aleksey Navalnının cəsədi itib.
Tacxeber.com xəbər verir ki, bu barədə siyasətçinin mətbuat katibi Kira Yarmış bildirib.
Onun sözlərinə görə, Navalnının anasına oğlunun cəsədinin Yamalo-Nenetsk Muxtar Dairəsinin Salexard şəhərində olduğu barədə rəsmi bildiriş verilib.
“Alekseyin anasına göndərilən rəsmi bildirişdə göstərilir ki, onun ölümü fevralın 16-da yerli vaxtla saat 14:17-də baş verib. Koloniyanın əməkdaşı Navalnının cəsədinin Salexardda olduğunu bildirib. İstintaq Komitəsinin müstəntiqləri onu aparıblar. Onlar hazırda bununla bağlı araşdırma aparırlar”, – deyə o, özünün “X” hesabında qeyd edib.
Yarmışın sözlərinə görə, Navalnının vəkili və anası Salexard morquna getsələr də, ora bağlı olub.
“Vəkil qapıda göstərilən telefon nömrəsinə zəng etdi. Ona dedilər ki, vəkil bu gün zəng edən yeddinci şəxsdir. Onların morqunda Alekseyin cəsədi yoxdur”, – deyə Yarmış əlavə edib.