• 21 Noyabr 2024 20:10

Dəridən hazırlanır, gənc saxlayır: Bu dərmana görə hər il dünyada milyonlarla eşşək öldürülür .

Dərman vasitəsinin hazırlanması üçün hər il dünyada milyonlarla eşşək öldürülür. Onun dərisindən alınan jelatindən hazırlanan dərmana maraq eşşək oğurluğunu da artırıb. 

 

“BBC” xəbər verir ki, Ejiao adlanan dərman vasitəsi Çində hazırlanır və onun sağlamlığı gücləndirən və gəncliyi qoruyan xüsusiyyətlərə malik olduğuna inanılır. Jelatini əldə etmək üçün eşşək dərisi qaynadılır və o, toz, həb və ya maye halında satılır.

 

Aparılan bir araşdırmada deyilir ki, hər il dünyada 5.9 milyon eşşək jelatinin əldə edilməsinə görə öldürülür. Bu rəqəm təsdiqlənməsə də, tələbat getdikcə artır.

 

Eşşək dərisinin ixracı bəzi ölkələr üçün qanuni, bəziləri üçün isə qeyri-qanunidir. Lakin dərilərə yüksək tələbat eşşəklərin oğurlanmasına təkan verir. Çində o dərmanın hazırlanması üçün əvvəlcə ölkədəki eşşəklərin dərisindən istifadə edilib və nəticədə 21 il ərzində bu heyvanın sayı 11 milyondan 2 milyona düşüb. Bundan sonra çinli şirkətlər Afrikaya və Asiyaya üz tutublar.

 

Dünyada mövcud 53 milyon eşşəyin təxminən üçdə ikisi Afrikadadır. Buna görə, eşşək oğurluğundan əziyyət çəkənlər də elə bu qitədədirlər. Keniyada yerləşən “Donkey Sanctuary” adlı təşkilatın nümayəndəsi güman edir ki, 2016-2019-cu illərdə bu ölkədə olan eşşəklərin yarısı dəri satışına görə öldürülüb. Həftəsonu Afrika İttifaqının Sammitində dəri satışına həmişəlik qadağa qoyulması müzakirə ediləcək.

 

Görünür, tezliklə dönüş nöqtəsi əldə olunacaq, çünki bütün Afrika ölkələri və Braziliya hökuməti eşşəklərin sayının azalmasının qarşısını almaq üçün onların kəsilməsini qadağan etməyə hazırdır.

 

Eşşəklər dözümlü və şəraitə uyğunlaşan heyvanlar olsa da, onlar asan və tez çoxalmırlar. Eşşəklərin öldürülməsinə qarşı çıxanlar deyirlər ki, bu heyvan kasıb icmalar üçün əvəzedilməzdir, çünki onunla gəlir əldə edir, özlərinə və ailələrini saxlayırlar. (Sfera)

 

Tacxeber.com

Oxşar xəbərlər