Daha çox D vitamini qəbul etməyin – 3 ASAN YOLU
“D”nin ən çox olduğu o qidalar…
İmmun sistemi üçün vacib olan D vitaminini xüsusilə, qış aylarında kifayət qədər ala bilmirik. Hələ pandemiya da həyatımıza daxil olandan evdən tez-tez bayıra çıxa, günəşdən lazım olan vitamini qəbul edə bilmirik. Həmçinin virusa qarşı D vitamininin qəbulunun vacibliyi də dəfələrlə mütəxəssislər arasında müzakirə mövzusu olub.
Tacxeber.com il ərzində daha çox D vitaminini qəbul etməyin çox asan 3 yollunu təqdim edir:
1 – YUMURTA
Yumurta ən gözəl D vitamini qaynağıdır. Bu, xüsusilə yumurtanın günəş işığına məruz qalan və yaxşı qidalanan toyuqlardan əldə edildiyi üçündür. D vitamini ən çox yumurtanın sarısında olur.
2 – YAĞLI BALIQLAR
Somon balığı D vitamini ilə zəngin balıqdır. Skumbriya, ton balığı, alabalıq və sardalya da D vitaminini bol-bol qəbul edə biləcəyiniz balıq növləridir.
3 – QIRMIZI ƏT
Mal və quzu əti kimi qırmızı ətlər kifayət qədər D vitamini ilə zəngindir. Mal ətinin qaraciyəri, böyrək və bağırsaqları da orqanizminizi D vitamini ilə təmin edəcək.