Ukraynanın NATO-ya, NATO-nun da Ukraynaya ehtiyacı var – Yermak
Biz torpaqlarımızı tam azad etməyənə qədər dayanmayacağıq.
Tacxeber.com APA-ya istinadla xəbər verir ki, bunu Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən paneldə Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak deyib:
“Ukrayna xalqı göstərib ki, biz qalib gələ bilərik. Bunun üçün sadəcə bizə ehtiyacımız olduğu silahları, havadan müdafiə sistemlərini verin”.
A. Yermak deyib ki, Ukrayna yalnız özünü deyil, Avropanı da müdafiə edir: “Ukraynaya qarşı müharibə Putinin strategiyasının sadəcə bir hissəsidir və onun yeni hədəfləri olacaq. Müharibə davam edir, insanlarımız ölür cəbhədə, vəziyyət çox çətindir, milyonlarla insan gecə narahat yatır, xalqımız yorulub, amma bu bizim torpağımızdır və onu azad etməyənə qədər dayanmayacağıq”.
Prezident Ofisinin rəhbəri NATO-ya üzvlüklə bağlı deyib ki, Ukraynanın NATO-ya, NATO-nun da Ukraynaya ehtiyacı var.
Andriy Yermak ABŞ hərbi yardım paketi barədə də fikirlərini bölüşüb.