• 24 Noyabr 2024 04:54

Borel: “3 ay ərzində Ukraynada döyüş meydanında vəziyyət müəyyənləşəcək”

Ukraynada döyüş meydanında vəziyyət 3 ay ərzində həll olunacaq.

 

Tacxeber.com TASS-a istinadən xəbər verir ki, bunu Münxen Təhlükəsizlik Konfransında Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borel bildirib.

 

Cozep Borel Ukraynaya yardımın artırılmasına vacib sayıb:

 

“Üç ay ərzində döyüş meydanında vəziyyət müəyyənləşəcək. Biz artıq “Avropa seçkilərini gözləyək” və ya “daha çox təfərrüatları bilmək istəyirik” deyə bilmərik. Biz daha sürətli, daha qətiyyətli olmalıyıq, hərbi vəziyyətdə yaşayırıq. Kiyevə daha çox yardım göstərməyə çağırıram”.

Tacxeber.com

Oxşar xəbərlər