Navalnının ölümü: London yeni sanksiyalar hazırlayır
London Rusiya siyasətçisi Aleksey Navalnının ölümü ilə bağlı fərdi sanksiyaların tətbiqini nəzərdən keçirəcək
Tacxeber.com”Sky News”a istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron deyib.
O bildirib: “Buna görə məsuliyyət daşıyan fərdi şəxslərin olub-olmamasına və bizim görə biləcəyimiz fərdi tədbirlər, addımların olub-olmamasına baxırıq”.