Sorğu: Sizcə, Azərbaycanda hansı sahələrdə rüşvət var?
“Transparency International” – Beynəlxalq Şəffaflıq təşkilatının hər il açıqladığı korrupsiya indeksində Azərbaycan sonlarda qərarlaşır. 2023-cü ilin yanvarında açıqlanan hesabatda Azərbaycan 23 balla 180 ölkə arasında 157-ci yeri tutub.
Təşkilat bildirib ki, “ölkənin tamamilə təmiz olduğunu” göstərən 50 ballıq minimal balı yığa bilməyən ölkələrdə korrupsiya sahəsində ciddi problemlər var. Keçən son 1 il ərzində bu istiqamətdə müsbət heç bir dəyişiklik olmadığından Tacxeber olaraq düşünürük ki, mövzu öz aktuallığını itirməyib.
Bu haqda AbzasMedianın hazırladığı videonu sizə təqdim edirik: