“YouTube”un keçmiş rəhbərinin 19 yaşlı oğlu ölü tapıldı – FOTO
“YouTube”un keçmiş rəhbəri Syuzan Voycitskinin 19 yaşlı oğlu Marko Troper yataqxanada ölü tapılıb.
Gəncin nənəsi Ester Voyçitski ölüm səbəbinin həddindən artıq dozada narkotikin qəbulu ola biləcəyini ehtimal edir.
“Sevimli nəvəm 19 yaşlı Marko Troper dünən dünyasını dəyişdi. Ailəmiz ağlasığmaz dərəcədə sarsılıb”, – Ester sosial şəbəkədə yazıb.
“Dəqiq bildiyimiz bir şey var: buna səbəb narkotik idi”, – Troperin nənəsi bildirib.