68 yaşlı kişi qan xərçəngi və HİV-dən SAĞALDI
ABŞ-da 68 yaşlı bir kişi qan xərçəngi və HİV-dən sağalıb.
Bu barədə “NEJM” jurnalında məlumat dərc olunub.
Qeyd edilib ki, həmin şəxs həm qan xərçənginə, həm də HİV-ə qalib gələn ən yaşlı xəstədir.
Kaliforniyadan olan 68 yaşlı Paul Edmonds nadir genetik mutasiyaya malik kök hüceyrələr müalicəsi yolu ilə xəstəliyi üstələyib.