Əlikram övladının vəfatından danışdı: “Allah məni cəzalandırdı”
“1998-ci ildə oğlan övladım doğulandan sonra dünyasını dəyişdi. Mən isə o ərəfədə Rusiyada idim. Ora toya pul qazanmaq üçün getmişdim. And içmişdim ki, qazandığım pula özümə avtomobil alacam. Əslində isə ailəmi yaxşı dolandırmaq üçün Rusiyaya getmişdim. O zamanlar heç mən tanınmırdım. Biz kənddə yaşayırdıq. Bu, mənim ikinci övladım idi. Birinci oğlum Qalibdir”.
Tacxeber.com Bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri Əlikram Bayramov qonaq olduğu “7 tamam” verilişində danışıb.
26 il əvvəl övladını itirən sənətçi yaşadığı həmin anları danışaraq, bu itkiyə görə, hələ də peşmançılıq çəkdiyini bildirib:
“Ölən körpə övladımı görə bilmədim. Rusiyadan Vətənə geri dönəndə artıq qardaşımla bacım uşağı dəfn etmişdilər. İllər keçməsinə baxmayaraq bu hadisədən sonra özümü bağışlaya bilmirəm. Bu hadisədən sonra övladım olmadı. Allah sanki məni cəzalandırdı. Əslində günah iş görməmişdim. Əgər mən xanımım Tünzalənin yanında qalsaydım, heç yerə getməsəydim, bəlkə də bu hadisə olmayacaqdı. Xanımım anam və qardaşımla qaldı.