“Rusiya Aleksey Navalnının qəfil ölümünün şərtləri ilə bağlı müstəqil və şəffaf beynəlxalq araşdırmaya icazə verməlidir”.
Tacxeber.com xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borel bildirib.
Avropa Şurasının saytında dərc olunan bəyanatda Borel bildirib ki, Navalnının ölümünə görə məsuliyyət Rusiya Prezidenti Vladimir Putin və Rusiya hakimiyyətinin üzərinə düşür:
“Aİ tərəfdaşlarımızla sıx koordinasiyada Rusiyanın siyasi rəhbərliyini və hakimiyyət orqanlarını məsuliyyətə cəlb etmək üçün hər cür səy göstərəcək”.
O, həmçinin Aleksey Navalnının xatirəsinə mitinqlərdə Rusiyada saxlanılan bütün insanların dərhal azad edilməsinə çağırıb:
“Cənab Navalnının gözlənilməz və sarsıdıcı ölümü Rusiyada sürətlənən və sistemli repressiyaların daha bir əlamətidir. Avropa İttifaqı Rusiyanı bütün digər siyasi məhbusları, o cümlədən Yuri Dmitriyev, Vladimir Kara-Murza, İlya Yaşin, Aleksey Qorinov, Liliya Çanışeva, Kseniya Fadeeva, Aleksandra Skoçilenko və İvan Safronovu dərhal və qeyd-şərtsiz azad etməyə çağırdığını təkrar edir”.