• 24 Noyabr 2024 06:24

“Oğlumun ölümünü internetdən öyrəndim, onları bağışlamayacağam”

Əməkdar artist Rəhman Rəhmanovun birinci həyat yoldaşı, müğənni Emil Rəhmanoğlunun anası Ulduz Əhmədova övladı ilə münasibətlərindən danışıb. 

 

Axşam.az xəbər verir ki, “O üz” proqramına danışan U.Əhmədova oğlunun xəstəliyi haqda ona xəbər verilmədiyini deyib. O bildirib ki, övladının dünyasını dəyişməsindən sosial şəbəkədən xəbər tutub:

 

“Əzab-əziyyətim çox olub. O biri övladım 9 il xəstə olub, mən yanına gedib-gəlmişəm. Halal xoşu olsun. Hamı balasının komadan çıxmasını gözləyəndə, mən İlhamın ürəyinin dayanmasını gözləyirdim.

 

Emil isə məni yandırdılar. Övladımın xəstəxanaya düşməsini, reanimasiyada olmasını mənə xəbər etməyiblər. İmkan verməyiblər yataqda üzünü görüm. Bunu Allah götürər? Bunu heç kimə bağışlamayacağam. Bacım oğlu instaqramda göstərdiki övladımın yasıdır. İmkan vermədilər onun xəstə yatağında üzünü görüm. Kim deyir başımı itirmişdim, boş söhbətdir.

 

Uşağıma yaxınlaşıblar, üzünü o yana, bu yana çevirib. Bəlkə, məni axtarıb. 37 il Emilə baxmışam. Bu kirayədən, o kirayəyə köçə-köçə övladlarımı saxlamışam. Oğlum həbsxanada olanda evlərdə işləyib ona yemək aparırdım. Aramızda inciklik olub, Emil küsülülük saxlayan deyildi. Gecələr yuxumdan çıxmır. Balalarımın ikisi də yuxuma girmişdi”.

Tacxeber.com

Oxşar xəbərlər