Rusiyada Poroşenkonun fabriki müsadirə olundu
Rusiyanın Lipetsk şəhərinin Oktyabrski rayon məhkəməsi keçmiş qənnadı fabrikinin “Roshen” səhmlərini və “Roshen” MMC ticarət şirkətinin nizamnamə kapitalını Rusiya dövlətinin mülkiyyətinə keçirib.
Məhkəmə Ukraynanın eks-prezidenti Pyotr Poroşenko, onun oğlu Aleksey Poroşenko və fabrikin baş direktor müavini Oleq Kazakovun Rusiyada fəaliyyətinə qadağa qoyub.