• 24 Noyabr 2024 08:51

“Beyninə çip yerləşdirilən şəxs düşüncələri ilə kompüter siçanını idarə edə bilir”

“Neuralink” neyrotexnologiya şirkəti tərəfindən beyninə çip implantasiya edilmiş şəxs artıq öz düşüncələri ilə kompüter siçanını idarə edə bilir.


Tacxeber.com
“Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə şirkətin sahibi İlon Mask məlumat yayıb.

“İrəliləyiş yaxşıdır, görünür, pasiyent tam sağalıb, bizim bildiyimiz sinir effektləri var. Pasiyent yalnız düşünməklə siçanı ekranda hərəkət etdirə bilir”, – deyə Mask “X” sosial şəbəkə hesabındakı çıxışında bildirib.

Qeyd edək ki, “Neuralink” startapı Mask tərəfindən 2016-cı ilin iyulunda yaradılıb. Şirkət insan beyninə implantasiya oluna biləcək çiplər hazırlayır. Biznesmen hesab edir ki, bu cür neyron interfeyslər insana süni intellektə müqavimət göstərə bilən kiborqa çevrilməyə imkan verəcək, həmçinin, insanlara düşüncə gücündən istifadə edərək kompüteri birbaşa idarə etməyi öyrənməyə kömək edəcək.

Xatırladaq ki, Mask, yanvarın 28-də “Neuralink” implantının insan beyninə uğurla implantasiya olunduğunu elan etmiş, cihazın göstəricilərinin böyük perspektiv vəd etdiyini bildirmişdi.

Tacxeber.com

Oxşar xəbərlər