• 21 Sentyabr 2024 23:52

“Ethereum” “Bitkoin”i geridə qoydu

 

“Ethereum” kriptovalyutası son bir həftə ərzində dəyər artımı baxımından “Bitkoin”i geridə qoyub.

 

Bu barədə bazar ertəsi “Coindesk” platforması məlumat yayıb.

 

Məlumata görə, son yeddi gündə kriptovalyutanın dəyəri 16% artaraq son iki ildə ilk dəfə 2,9 min dollardan çox olub. “Bitkoin”in dəyəri isə 8,5% artaraq 52,3 min dollar təşkil edib.

 

Qeyd edək ki, “Ethereum” “Bitkoin”dən sonra dünyanın ikinci ən dəyərli kriptovalyutasıdır. (Yeniavaz)

Tacxeber.com

Oxşar xəbərlər