• 24 Noyabr 2024 14:58

“Litvada Rusiyanın göstərişi ilə cinayət əməlləri törədənlər saxlanıldı”

“Üç Baltikyanı ölkənin hüquq-mühafizə orqanları əməliyyat keçirib, nəticədə Rusiya xüsusi xidmət orqanlarının göstərişi ilə hərəkət etdiyi iddia edilən şəxslər saxlanılıb”.


Tacxeber.com
xəbər verir ki, bu barədə Litvanın Dövlət Təhlükəsizliyi Departamenti (DTX) öz saytında məlumat yayıb.

“Litva, Latviya və Estoniyanın təhlükəsizlik və hüquq-mühafizə orqanları arasında əməkdaşlıq çərçivəsində Rusiya xüsusi xidmət orqanlarının göstərişi ilə bu ölkələrin ərazisində cinayət əməlləri törətməkdə şübhəli bilinən şəxslər Latviya və Estoniyada saxlanılıb”, – məlumatda deyilir.

Neçə nəfərin saxlanıldığı açıqlanmır. Dərc olunmuş məlumata görə, saxlanılanların bir qismi Estoniya, bəzilərinin isə Estoniya və Rusiya Federasiyasının ikili vətəndaşlığı var. Qeyd edilir ki, həbslər 2023-cü ilin dekabrından həyata keçirilib.

Tacxeber.com

Oxşar xəbərlər