• 24 Noyabr 2024 22:20

Onları görüm balalarına həsrət qalsın – Elgizin reklam etdiyi həkim xəstəni kor qoydu (VİDEO)

 

 

Müxtəlif televiziya proqramlarında məşhur aparıcıların reklam etdiyi həkimlərdən zaman-zaman şikayətlər gəlir.

 

Tacxeber.com xəbər verir ki, növbəti şikayət ARB kanalında aparıcı Elgiz Əkbərin “Elgizlə izlə” verilişində 100 % tutulmuş gözləri açan həkim kimi təqdim olunan Benjamindəndir.

 

Əsl adı Azər Kərimov olan həkimə müraciət edən Salyan rayon sakini Gülşən Adışirinova əməliyyatdan sonra gözünün kor olduğunu iddia edir.

 

İki gözündən əlil Gülşən Adışirinova Elgiz Əkbərin həkimi tərifləməsindən sonra gözünü ona etibar etmək qərarına gəlib. Verilişə dəvət olunan qadına gözünün sağalacağını deyib, onu müayinə və əməliyyata alıblar.

 

Hətta qadına və ailə üzvlərinə kanal tərəfindən bir müqavilə imzaladılıb, şərtlərə görə əməliyyatdan sonra çıxıb həkim barədə xoş sözlər deməlidir. Əgər bundan boyun qaçırsa, cərimə ediləcəyi bildirilib.

 

Nəhayət, gözünün xilas olacağı ümidilə Kəpəz Hospitala gələn xəstə bundan sonra başına gələnləri video müsahibə zamanı danışıb.

 

Gülşən Adışirinova özünün və oğlunun başına gətirilənləri açıqlayıb.

 

Müsahibədə ünvanına kəskin ittihamlar səsləndirilən, Kəpəz Hospitalda çalışan Azər Kərimovla əlaqə saxlayaraq, onun məsələyə münasibətini öyrənmək istədik.

 

Həkim açıqlama verməsə də, özünü onun meneceri kimi təqdim edən Elturan adlı şəxs həkimə şər-böhtan atıldığını bildirdi:

 

“Həmin xanıma sadəcə, linza əməliyyatı olunub. Xəstədə yüksək şəkər olduğu üçün sonradan torlu qişada qopmalar olub. Bunun əməliyyata heç bir dəxli yoxdur.

 

Ekspertizanın rəsmi rəyi var. Prokurorluq məsələni araşdırıb, iş bağlanıb. İndi məhkəmə işi gedir. Danışdıqlarının böyük hissəsi yalandır. Məqsəd həkimi şantaj etməkdir.

 

Nə həkim, nə Kəpəz Hospital ona transplantasiya və pul vədi verib. Bütün bunlar onun istəyidir. Biz onun gözünü zədələməmişik. Hazırda məhkəmə prosesi gedir, qərarı gözləyirik”. (Bakupost.az)

 

 

 

Tacxeber.com

Oxşar xəbərlər