“Polis əməkdaşları fevralın 17-dən etibarən siyasi repressiya qurbanlarının xatirəsinə ucaldılmış iki abidədə 24 saatlıq növbə yaratmalı və oraya gül gətirən hər kəsi müəyyən etməlidirlər”.
Tacxeber.com xəbər verir ki, bu barədə “İdite lesom” layihəsinin rəhbəri Qriqori Sverdlin sosial şəbəkə hesabında məlumat yayıb.
Sverdlin paylaşımında Moskva Daxili İşlər Nazirliyinin iddia olunan əmrini dərc edib.
Əmrdə növbə Lubyankadakı Solovetski daşında və “kədər divarında” qurulmalıdır:
“Mümkün hüquqpozmaların qarşısının alınması və ictimai asayişi pozan şəxslərin müəyyən edilməsi üçün” gül gətirən şəxslərin müəyyən edilməsi əmri verilir.
Polis əməkdaşları nəticələr barədə hər gün ekstremizmlə mübarizə şöbəsinə məlumat verməlidirlər”.
Sverdlinin sözlərinə görə, sənədi “məlumat sızdıran cəsur insanlar” göndərib. Sənəddə 17 fevral tarixli əmrin Daxili İşlər Nazirliyinin rəisi O.A. Baranovun imzaladığı görsənir.
Qeyd edək ki, “İdite lesom” layihəsi ruslara səfərbərlikdən yayınmağa kömək edir.