Rusiyada qadın məhbuslar müharibəyə cəlb olunur
Rusiyada müharibəyə qadın məhbuslar da cəlb olunur.
Tacxeber.com xəbər verir ki, bu barədə jurnalistlərə Leninqrad vilayətinin Ulyanovka kəndinin 2 saylı cəzaçəkmə koloniyasının keçmiş məhbusları bildiriblər. Rusiya və Ukraynanın bəzi Teleqram kanalları da belə xəbər yayıb.
Qadınların sözlərinə görə, Müdafiə Nazirliyinin nümayəndələri bir neçə dəfə koloniyaya gəliblər.
Qadın məhbuslara amnistiya vəd edilməklə bir illik müqavilələr, o cümlədən snayperlər kimi müharibəyə getmək təklif edilib.