Yuliya Navalnayanın X səhifəsi bloklandı – Şok
X sosial şəbəkəsi Aleksey Navalnının həyat yoldaşı Yuliyanın hesabını bloklayıb.
Tacxeber.com xəbər verir ki, bu barədə “Meduza” məlumat yayıb.
Qeyd edilib ki, Aleksey Navalnının həyat yoldaşı fevralın 19-da X-də qeydiyyatdan keçib. Qısa müddətdə onun səhifəsinə 90 mindən çox insan abunə olub.
Aleksey Navalnının mübarizə yolunu davam etdirmək istəyən Navalnayanın X səhifəsinin niyə bloklandığı barədə açıqlama yoxdur.