• 23 Sentyabr 2024 20:22

Tramp Rusiyanı Hitleri və Napoleonu məğlub edən “müharibə maşını” adlandırdı

ABŞ-nin keçmiş prezidenti Donald Tramp Rusiyanı Adolf Hitler və Napoleon Bonapartı məğlub edən “müharibə maşını” adlandırıb.


Tacxeber.com
“Fox News” telekanalına istinadla xəbər verir ki, bu barədə Tramp ABŞ-nin NATO-dakı avropalı müttəfiqləri ilə Rusiya arasında qarşıdurmanı şərh edərkən deyib.

“Onlar Hitlerə qalib gəldilər. Napoleonu məğlub etdilər. Bu, müharibə maşınıdır”. – Tramp vurğulayıb.

Tramp əlavə edib ki, Rusiya Avropa ölkələrindən də böyükdür və buna görə də, Vaşinqtonun Avropadakı müttəfiqləri müdafiə xərclərini artırmalıdır.

Onun sözlərinə görə, ABŞ ilə Avropadakı müttəfiqləri arasında fərq hazırda 150 milyard dollardır.

Tacxeber.com

Oxşar xəbərlər