• 24 Noyabr 2024 09:55

“Ayaqqabı dərisində istifadə edilən sarı boya vurulur” – Mütəxəssisdən bazarlarda satılan toyuqlarla bağlı XƏBƏRDARLIQ

Bu gün bazarlarda kənd toyuğu adı altında kənd çolpaları satılır. Bunların kənd çolpası olması və hansı şəraitdə yetişdirilməsi isə sual altındadır.

 

Bəs bu məhsullar həqiqətən kənd şəraitindəmi yetişdirilir?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan Qida Hərəkatının rəhbəri Məhsəti Hüseynova bildirib ki, bəzi kənd çolpası kimi satılan toyuqlara ayaqqabı dərisinin rənglənməsində istifadə edilən anilin adlı sarı boya vurulur.

 

“Müddəti bitmiş toyuqlar isə tarixi yenilənələrək yenidən satışa buraxılır. Baytarlıq nəzarətindən keçmədən, quş əti və məhsullarının istifadəsi zamanı insanlar bir çox xəstəliklərə yoluxurlar. İnsanlarda quş qripi, pasterilioz, xlamidioz kimi xəstəliklər yaranır”.

 

Mütəxəssis qeyd edib ki, ölkə daxilində bu halların qarşısını almaq üçün mütəmadi olaraq reydlər aparılsa da bu halların qarşısı tamamilə alınmayıb.

 

“Açıq halda, çöldə, kiçik market və bazarlarda satılan toyuqları alan zaman xüsusilə diqqətli olmaq lazımdır”.

 

Tacxeber.com

Oxşar xəbərlər