• 24 Noyabr 2024 07:07

Kamil Zeynallı bu halda Ermənistana təhvil veriləcək – Hüquqşünas detalları açıqladı

 

 

Bildiyiniz  kimi, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib.

 

Ermənistan mətbuatı iddia edir ki, Kamil Zeynallı 44 günlük müharibə zamanı döyüşlərdə iştirak edib və Qarabağda erməni qocanın boğazını kəsib. Qeyd olunur ki, Rusiya onu cinayət məsuliyyətinə cəlb etmək üçün Ermənistana ekstradisiyasını müzakirə edir. İddia olunur ki, Zeynallı 2020-ci ilin yayında sosial media paylaşımlarında Rusiyada yaşan azərbaycanlılara erməniləri öldürmələri ilə bağlı müraciət edib.

 

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da Kamil Zeynallının Ermənistanın tələbi ilə saxlanıldığını təsdiqləyib: “O, MDB çərçivəsində 2023-cü ilin mayında Ermənistanın irəli sürdüyü tələb əsasında saxlanılıb. Ermənistan tərəfi onu Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham edir”.

 

Belə olan halda Kamil Zeynallının Ermənistana ekstradisiyası mümkündürmü?

 

Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Publika.az-a açıqlamasında bildirib ki, əgər Ermənistan tərəfi həqiqətən də iddia etdiyi kimi, Qarabağda erməni qocanın boğazınının kəsilməsinə dair kifayət qədər sübüt təqdim edərsə, Kamil Zeynallının ekstradisiyası mümkün ola bilər.

 

 

 “Rusiya tərəfindən ekstradisiyaya qarşı etiraz verilə bilər. İdmançının vəkili də etiraz edə bilər ki, bu, qondarma ittihamdır. Ermənistan tərəfinin hansı tutarlı sübutu var? Çünki 44 günlük müharibə ilə bağlı bütün faktlar üzə çıxdı, məsələlər öz həllini tapdı. Bu fakt bu gün birdən-birə ortaya çıxdı”, – F. Mehdiyev əlavə edib.

 

Hüquqşünas qeyd edib ki, Azərbaycanla Ermənistan arasında hazırda sülh prosesi ilə bağlı danışıqlar getdiyi halda Kamil Zeynallını Rusiya tərəfinin Ermənistana ekstradisiyası doğru deyil: “Çünki söhbət əsirlərdən gedirsə, əsirlərin qaytarılması qaydaları var. Düşünürəm ki, bu məsələdə Rusiya tərəfi kifayət qədər ehtiyatlı davranmalıdır. Belə bir vəziyyətdə Rusiya tərəfsizlik nümayiş etdirməlidir”.

 

Xatırladaq ki, Ermənistanın Baş Prokurorluğu məsələyə rəsmi münasibət bildirib. “Bizdə Kamil Zeynallının həbsi ilə bağlı məlumat yoxdur”, – Ermənistan Baş Prokurorluğundan “Sputnik Ermənistan”-a açıqlamada deyilir.

 

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi bildirilib ki, məsələ Rusiyadakı səfirliyimizin nəzarəti altındadır və vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir. Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Kamil üçün vəkil tutulduğunu, onun saxlanılma səbəbinin hələlik dəqiqləşmədiyini açıqlayıb.

 

 

Tacxeber.com

Oxşar xəbərlər