Polşada azərbaycanlının vurulmuş meyiti tapıldı
Polşada Azərbaycan vətəndaşının meyiti tapılıb.
Tacxeber.com Publika.az-a istinadən xəbər verir ki, bu barədə Polşada yaşayan həmyerlimiz Fərid Cəfərli məlumat verib.
O bildirib ki, şəxsiyyəti hələ də açıqlanmayan 39 yaşlı Azərbaycan vətəndaşı kirayə qaldığı otaqda başından güllələnib. İlkin rəyə əsasən şəxsin özünü öldürdüyü ehtimal edilir.