Nəcməddin Sadıkovun dindirilməsi ilə bağlı vəsatət verildi – “Tərtər işi”
“Tərtər işi” ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucov, İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun barələrindəki hökmdən verilən şikayət üzrə məhkəmə prosesi başlayıb.
Tacxeber.com APA-ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb.
İş üzrə vəkillər apellyasiya şikayətinə istintaqla baxılmasını və sabiq Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun şahid qismində dindirilməsi ilə bağlı vəsatət veriblər.
Vəsatət təmin edilməyib və məhkəmə baxışı fevralın 28-də davam etdiriləcək.