• 21 Sentyabr 2024 18:53

Putin bombardmançı təyyarəni havaya qaldırdı: Peskov SİRRİ AÇMADI

 

 

Rusiya Prezidenti Vladimir Putin strateji bombardmançı təyyarənin – “Tu-160M İlya Murometsin” sükanı arxasına keçib.

 

 Rusiya mətbuatı xəbər verir ki, təyyarə S.P.Qorbunov adına Kazan Aviasiya Zavodunun uçuş-enmə zolağından havaya qalxıb.

 

Putin 30 dəqiqə havada qalıb, uçuşdan əvvəl hazırlıq isə daha 45 dəqiqə çəkib.

 

Daha əvvəl prezidentin mətbuat katibi Dmitri Peskov qeyd etmişdi ki, Putinin uçuşu 40 dəqiqəyə qədər davam edəcək. Kremlin sözçüsü uçuş marşrutu ilə bağlı suala cavab olaraq bunun hərbi sirr olduğunu bildirib.

 

Enişdən sonra Putin təəssüratlarını bölüşüb və “Tu-160M”də uçuşla bağlı xoş təəssüratların olduğunu bildirib. Onun sözlərinə görə, texnologiya əladır.

 

Tacxeber.com

Oxşar xəbərlər