• 24 Noyabr 2024 15:57

“Bayer” yenə “Qarabağ”a rəqib oldu

 

 

Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.

 

Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələyə vəsiqə qazanan “Qarabağ”ın da rəqibi məlum olub. Səpələnməmişlər səbətində yer alan Ağdam təmsilçisi 1/8 finalda Almaniyanın “Bayer” klubu ilə qarşılaşacaq.

 

“Qarabağ” bu mərhələdə ilk oyununu öz meydanında keçirəcək.

 

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 7-də, cavab görüşləri isə martın 14-də olacaq.

 

Xatırladaq ki, “Bayer” “Qarabağ”la Avropa Liqasının qrup mərhələsində də mübarizə aparıb. Almaniya klubun Leverkuzendə 5:1, Bakıda isə 1:0 hesabı ilə “Qarabağ”a qalib gəlib. “Bayer” qrup lideri kimi 1/8 finala, “Qarabağ” isə qrupda 2-ci yeri tutaraq pley-offa yüksəlib.

 

Tacxeber.com

Oxşar xəbərlər