Ramiz Mehdiyevin “icad etdiyi” vəzifələr ləğv olundu

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarında baş direktor və icraçı direktor vəzifələri ləğv edilib.
Bu barədə İqtisadiyyat.az akademiyadan məlumat əldə edib.
Bildirilib ki, akademiyanın institutlarında baş direktor vəzifəsi direktor, icraçı direktor vəzifəsi isə elmi işlər üzrə müavin vəzifəsi kimi təsdiqlənib.
Bu vəzifələrin AMEA-nın yeni Nizamnaməsinə uyğun olaraq təsdiq edildiyi bildirilib.