Xalq artistinin nəşi yandırılıb, külü dənizə atılacaq – Fotolar
Almaniyada vəfat edən Azərbaycanın və Tacikistanın Xalq artisti Leyla Şərifovanın cənazəsinin yandırılması ilə bağlı məlumat yayılıb.
Tacxeber.com moderator.az-a istinadən xəbər verir ki, ailənin yaxın dostu Əmirəli Qızıllı məlumatı təsdiqləyib. O bildirib ki, bu, mərhumun öz vəsiyyəti olub:
“Bilirsiniz ki, Leyla xanım bir neçə gündür Almaniyada dünyasını dəyişib. Düsseldorf şəhərində onunla vida mərasimi təşkil olunub. Dünən nəvəsi Əmir ilə danışdım. Nəvəsi belə dedi: Nənəm vəsiyyət edib ki, məni yandırıb, külümü dənizə səpərsiniz. Nəvəsi dedi ki, onun vəsiyyətini yerinə yetirəcəyik. Azərbaycanda buna reaksiyaların necə olacağını isə artıq bilmirəm”.