• 22 Sentyabr 2024 10:31

Zelenski “Netflix” serialında rol aldı – Video

Ukrayna Prezidenti Volodimir Zelenski Amerikanın “Netflix” yayım platformasında “Turning Point: The Bomb and the Cold War” (“Həlledici an: Bomba və Soyuq Müharibə”) sənədli serialında rol alıb.

 

Tacxeber.com xəbər verir ki, doqquz seriyadan ibarət layihənin treyleri yutubda yayımlanıb.

Serial martın 12-də yayımlanacaq. Personajlar soyuq müharibənin ilkin şərtlərini, nüvə bombasının yaradılmasını, SSRİ-nin dağılmasını və Rusiya-Ukrayna müharibəsini müzakirə edəcəklər. Treylerdə Zelenski bildirib ki, Rusiya Ukraynanı öz mülkü hesab edir.

Serialda Ukrayna prezidenti ilə yanaşı, NATO-nun baş katibi Yens Stoltenberq, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Robert Qeyts və keçmiş dövlət katibi Kondoliza Rays da iştirak edəcək.

Tacxeber.com

Oxşar xəbərlər