Zelenski yeni əks-hücumun başladığını elan edib
Ukrayna ordusu Rusiya mövqelərinə qarşı yeni əks-hücum əməliyyatı hazırlayır.
Bunu Ukrayna lideri Volodimir Zelenski “Fox News”a müsahibəsində deyib.
Ukrayna prezidenti həmçinin iddia edir ki, hücum Rusiyanı “təəccübləndirəcək”.
Qeyd edək ki, Ukraynanın 2023-cü il iyunun 4-də başlayan əvvəlki “əks-hücum”u həmin ilin noyabrında Ukrayna Silahlı Qüvvələri üçün böyük uğursuzluqla başa çatıb. Rusiyanın müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri təxminən 166 min əsgər, 800 tank, o cümlədən Almaniyanın göndərdiyi Leopardların yarısı, 123 təyyarə və 2,4 min zirehli texnika itirib. (Unikal)