Qərbin yeni sanksiyaları Rusiya əhalisinə qarşı YÖNƏLİB – Medvedev
“Qərb ölkələrinin yeni anti-Rusiya sanksiyaları təkcə hakimiyyətə və ya biznesə qarşı deyil, həm də Rusiyanın bütün əhalisinə qarşı yönəlib”.
Tacxeber.com xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram-da yazıb.
Onun sözlərinə görə Qərb ölkələrinin bu addımı bütünlüklə Rusiya əhalisinə yönəlib:
“Rəqibimizin danışmağı xoşladığı kimi, bu qadağalar artıq ölkədəki hakimiyyətə və ya biznesə qarşı yönəlməyib. Onlar Rusiyanın bütün əhalisinə qarşı aparılıb”, – mesajda deyilir.
Nümunə kimi siyasətçi Rusiyanın MIR milli ödəniş sisteminin operatoruna qarşı Amerika sanksiyalarını göstərib. Bundan əlavə, Medvedev xatırladıb ki, ölkədə mənzil tikintisi ilə məşğul olan şirkətlərin fəaliyyətinə qarşı məhdudiyyətlər tətbiq edilib.
Medvedevin sözlərinə görə, Qərbin yeni sanksiyaları sadə Rusiya vətəndaşlarının həyatını daha da pisləşdirməyə yönəlib.
Xatırladaq ki, ABŞ prezidenti Co Bayden ABŞ-ın Rusiya əleyhinə 500-dən çox sanksiya tətbiq etdiyini təsdiqləyib.