• 23 Sentyabr 2024 12:24

Rövşən Binəqədili “Qarabağ”a mahnı həsr edəcək? – Açıqlama

“Qarabağ”ın UEFA Avropa Liqasında tarix yazmasının əks-sədası davam edir.

 

Sözügedən turnirdə 1/8 final mərhələsinə yüksələn ilk Azərbaycan komandası olan Ağdam təmsilçisi hər kəsi qürurlandırdı. “Qarabağ”ın bu tarixi uğuru ölkəmizdə və dünyada rezonans doğurdu.

 

“Köhnən atlar”ın bu zəfərindən sonra isə gündəmə sürpriz bir iddia gəldi. Belə ki, tanınmış müğənni Rövşən Binəqədilinin “Qarabağ”ın bu uğuruna mahnı həsr edəcəyi ehtimalları səsləndirilir.

 

Azarkeşlər vətənpərvər mahnıları ilə diqqət çəkən müğənninin Ağdam klubu üçün də mahnı oxumasını istəyirlər.

 

Biz də azarkeşlərin bu istəyini nəzərə alaraq Rövşən Binəqədili ilə əlaqə saxladıq.

 

Rövşən Binəqədili “Cebhe.info”-ya açıqlamasında “Qarabağ” futbol klubuna mahnı bəstələmək istədiyini deyib:

 

“Avropada tarix yazan “Qarabağ” bizim fəxrimizdir. Onlar hər birimizi sevindirdi. Mən də vətənpərvər bir müğənni kimi “Qarabağ” futbol klubu üçün mahnı oxumaq istəyirəm. Niyə də olmasın? Hətta artıq bunu özümə borc bilirəm”.

Tacxeber.com

Oxşar xəbərlər