• 24 Noyabr 2024 23:07

Trampın dələduzluğa görə cəriməsi 100 milyon dollara çatır.

 

 

ABŞ-nin keçmiş prezidenti Donald Trampın “Trump Organization”da dələduzluğa görə ödəməli olduğu cərimənin ümumi məbləği faizlər daxil olmaqla 355 milyon dollardan 454 milyon dollara yüksəlib.

 

NBC telekanalı xəbər verir ki, bu barədə cümə günü Nyu York Ştat Məhkəməsi məlumat yayıb.

 

Məlumata görə, fevralın 16-da Nyu-York məhkəməsi Trampı “Trump Organization” şirkətinin aktivlərinin qiymətləndirilməsində dələduzluqla bağlı mülki işdə təqsirli bilib və onu təxminən 355 milyon dollar ödəməyə məcbur edib.

 

Bundan əlavə, respublikaçıya üç il müddətinə Nyu-York ştatında hər hansı bir korporasiyanın məmuru və ya direktoru vəzifəsində işləmək və Nyu-York ştatında qeydiyyatdan keçmiş hər hansı maliyyə qurumuna kredit üçün müraciət etmək qadağan edilib. Tramp qərardan şikayət edəcəyini bildirib.

 

İddia 2022-ci ilin sentyabrında məhkəməyə göndərilib. Prokurorların fikrincə, “Trump Organization” kreditlər və sığorta üzrə daha sərfəli şərtlər əldə etmək üçün aktivlərin dəyərini yanlış təqdim edib. Aktivlərin dəyəri 2,23 milyard dollar artırılaraq 3,6 milyard dollara yüksəldilib.

 

Məhkəmənin təkid etdiyi kimi, Trampın Floridadakı mülkünün, Manhettendə “Trump Tower” göydələnindəki mənzillərinin, bəzi ofis binalarının və qolf meydançalarının dəyəri şişirdilib.

 

Müdafiə tərəfi isə təkid edir ki, ittihamlar əsassızdır və obyektin qiyməti zaman keçdikcə obyektiv şəraitə görə dəyişə bilər. (Yeniavaz)

 

Tacxeber.com

Oxşar xəbərlər