• 23 Sentyabr 2024 02:31

“Vaqner” də ABŞ-nin sanksiya siyahısına daxil oldu

Keçmiş “Vaqner” Özəl Hərbi Şirkəti də ABŞ-nin Rusiya əleyhinə sanksiya siyahısına daxil olub.


Tacxeber.com
xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında dərc olunmuş bəyanatda bildirilib.

“Yevgeni Priqojinin ölümünə baxmayaraq, bugünkü vəziyyət bizim diqqətimizi Ukraynada və digər ölkələrdə fəaliyyət göstərən “Vaqner” kimi qrupların zərərli fəaliyyətlərinə qarşı mübarizəyə yönəldir”, – bəyanatda qeyd edilib.

Sanksiyaya daxil edilən şəxslər arasında “Vaqner”in keçmiş komandirləri Andrey Troşev, Anton Elizarov, Stanislav Orlov və Mixail Turkanov da var.

Bundan əlavə, “Consalt” səhmdar cəmiyyəti də (cəmiyyətin rəhbəri Aleksey Tensin də daxil olmaqla) “Vaqner”in yeni təşkilati-hüquqi forması kimi ABŞ-nin sanksiyalarına məruz qalıb.

Həmçinin, “Konvoy” Özəl Hərbi Şirkəti də Amerika tərəfinə görə, Ukraynada fəaliyyət göstərdiyi üçün rəhbəri Konstantin Pikalovla birlikdə sanksiya siyahısına daxil edilib.

Qeyd edək ki, ABŞ Ukraynadakı münaqişənin qarşısını almaq üçün Rusiyanın 250 fiziki və hüquqi şəxsini sanksiyalar siyahısına əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər